AKAF 2023-cü ilin ilk idman yarışına start verir - YENİLƏNİR - FOTOLAR
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin ilk idman tədbirini Bakı bulvarında – Xəzər dənizində keçirir. SİA xəbər verir ki, Xəzərdə test yürüşlərini uğurla başa vuran federasiya bu gün avarçəkənlərin təlim qayıqlarında yarışlarını təşkil edir. Həmçinin tədbir zamanı Bakıda sakinlərlə baş tutacaq ilk səyyar görüşün dəqiq tarixi və məkanı da açıqlanacaq.
Xatırladaq ki, bu cür səyyar görüşlər Azərbaycanın bütün bölgələri üçün nəzərdə tutulub. Burada əsas məqsəd ölkə ərazisində avarçəkmənin populyarlaşdırılması və kütləviliyin təmin olunmasıdır.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB