Uzun illərdən sonra ilk dəfə beynəlxalq təlim-məşq toplanışı keçirilir - FOTOLAR

Azərbaycanda uzun illərdən sonra ilk dəfə qılıncoynatma idman növü üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir. SİA xəbər verir ki, təlim-məşq toplanışı yanvar ayının 4-dən başlayıb, 11-nə kimi davam edəcək. Qazaxıstan, Gürcüstan, Bolqarıstan və Azərbaycanın milli komandaları təlimlərdə iştirak edirlər. Təşkil olunan beynəlxalq təlim-məşq hazırlıq məqsədi daşıyır. Milli komandamız yanvar ayının 13-14 tarixlərində Tunisdə keçirilən Qran-Pridə iştirak edəcəklər. Ümumilikdə Qran-Pri 4 gün davam edəcək. Bu il ərzində qılıncoynatma üzrə bir sıra yarışların keçirilməsi nəzərdə tutulub.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə