Şahin Xurşudov birinci yerə layiq görülüb - FOTOLAR

Azərbaycan Kapoeyra Federasiyasının 15 illiyinə həsr olunmuş Kapoeyra üzrə Republika Birincliyi və Çempionatında İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan kiçik çavuş Xurşudov Nazirin övladı Şahin Xurşudov öz yaşıdlarını geridə qoyaraq, birinci yerə layiq görülmüş və qızıl medalla mükafatlandırılmışdır. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Kapoeyra Federasiyası və Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan çempionatda ümumi 200-ə yaxın idmançı müxtəlif yaş kateqoriyası üzrə rəqibləri ilə mübarizə aparmışdır.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə