Fransadan dünya çempionatı nəticəsinə etiraz gəldi

2022-ci il dünya çempionatının finalından təxminən 6 gün keçsə də, tarixin ən yaxşı oyunu kimi göstərilən qarşılaşmada hakimin qərarları da müzakirə olunub. SİA xarici mətbuata istinadən xəbər verir ki, oyunun 21-ci dəqiqəsində Dembele ilə Di Maria arasındakı mövqedə penalti nöqtəsi göstərməsi çox müzakirə olunub. Fransız futbolçular VAR-dan xəbərdarlıq gözləsələr də, Argentinanın penalti qüvvəyə minib. Fransız mətbuatı Szymon Marciniak-a sərt reaksiya verib.

Argentina ilə qarşılaşmada 2-0 geriyə düşən, 80-ci və 82-ci dəqiqələrdə Kilian Mbappe ilə hesabı 2-2-yə çatdıran və matçı əlavə vaxta aparan Fransa Messinin Argentinanı əlavə vaxtda 3-2 önə çıxaran qoluna etiraz edib. Lequipenin xəbərinə görə, Fransa tərəfi hakim Şimon Marçiniakın qayda səhvi etdiyini iddia edib. Xəbərdə Argentina ehtiyat oyunçular skamyasından bəzi futbolçuların Messinin üçüncü qol zərbəsi olmadan meydana daxil olmasının açıq şəkildə göründüyü və qolun etibarsız sayılmalı olduğu bildirilib. FİFA Futbol Qaydalarının 9-cu bəndinin 3-cü Qaydasını xatırladan xəbərdə, “Hakim qolu ləğv etməli və Fransanın xeyrinə cərimə zərbəsi təyin etməli idi” deyilib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə