2022-ci ilin ən yaxşı qapıçıları

2022-ci ilin ən yaxşı qapıçıları

Bu arada Rusiya millisinin sabiq qapıçısı Vladimir Qabulov 2022-ci ildə qapıçılardan hansının özünü daha yaxşı çəhətdən göstərdiyindən danışıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Qabulov burada qapıçıların iştirak etdiyi bütün turnirləri təhlil etməyin lazım olduğunu, daxili çempionatlar, milli komandada və avrokuboklarda çıxışlara diqqət çəkməyi bildirib.

“Bütün bu amilləri nəzərə alaraq, düşünürəm ki, Tibo Kurtua ilin ən yaxşı qapıçısı olmalıdır, çünki o “Real Madrid”i Çempionlar Liqasına çıxardı, Dünya Kubokunun parlaq qrup mərhələsini keçirdi. Kurtua İspaniya çempionatında da ardıcıl olaraq ən yüksək səviyyədə çıxış edir”.

Qeyd edək ki, Qabulov bunu rusiyalı müxbirə danəşarkən deyib.

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatında Kurtua Belçika yığması ilə qrup mərhələsindəki çıxışını tamamlayıb. Argentina millisinin qapıçısı Emiliano Martines turnirin ən yaxşı qapıçısı seçilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə