Argentina millisi Fransa və Uruqvay yığmalarını qabaqlayıb

Argentina millisi Fransa və Uruqvay yığmalarını qabaqlayıb

Futbol üzrə Argentina millisi Qətərdə keçirilən dünya çempionatında Fransa yığmasını penalti seriyasında məğlub edərək mundialın qalibi olub – 3:3 (4:2).

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Argentina millisi tarixində üçüncü dəfə mundialı birinci pillədə başa vurub. Komanda bu göstərici ilə Fransa və Uruqvay yığmalarını qabaqlayıb. Belə ki, Fransa və Uruqvay millilərinin hesabında 2 dünya çempionluğu var.

İtaliya və Almaniya seçmələri 4, Braziliya isə 5 dəfə dünya çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə