Ronaldo göz yaşlarını saxlaya bilmədi

Ronaldo göz yaşlarını saxlaya bilmədi

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Portuqaliya millisinin Mərakeşə məğlub olmasından sonra Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo göz yaşlarına boğulub. SİA xəbər verir ki, futbolçunun ağlaması fotolara yansıyıb.

Qeyd edək ki, Mərakeş rəqibini 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Portuqaliya millisi heç vaxt dünya çempionu olmayıb. Kriştianu Ronaldo karyerasının əvvəlindən beş dünya çempionatında iştirak edib, turnirlərin pley-off mərhələsində qol vurmayıb. Futbolçu bugünkü görüşün start heyətində də yer almayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə