DÇ-2022: Meksika millisi qrupda qalıb - YENİLƏNİB

Meksika millisi Qətərdə keçirilən dünya çempionatında qrupda qalıb. SİA-nın məlumatına görə, Cənubi Amerika təmsilçisi C qrupunun son turunda Səudiyyə Ərəbistanını 2:1 hesabı ilə məğlub etsə də, 1/8 finala adlaya bilməyib.

Hesabı 48-ci dəqiqədə Enri Martin açıb. 52-ci dəqiqədə Luis Çaves 2-ci topu rəqibin qapısından keçirib. Səudiyyə Ərəbistanının qoluna isə 90+5-ci dəqiqədə Salem Əl-Dosari imza atıb.

Bu nəticədən sonra Meksika millisi Polşa ilə eyni - 4 xala malik olsa da, topların nisbətinə görə rəqibindən geri qalıb və mundialla vidalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə