"Qızların idmana həvəsinin artması bizi sevindirir" - QURUM RƏSMİSİ DANIŞDI
"Son zamanlar uşaq, yeniyetmə və gənclərimizin idmanın müxtəlif növlərinə kütləvi şəkilədə qoşulmasını müşahidə edirik". Bu fikirləri SİA-ya açıqlamasında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bildirib.
Qurum rəsmisi qeyd edib ki, istər sosial şəbəkələrdə, istərsə də ətrafımızda aktiv həyat tərzi kifayət qədər təbliğ olunur: "Son illər açılan müxtəlif idman zalları, Nazirliyimiz və onun yerli idarələri tərəfindən mütəmadi olaraq kütləvi idman tədbirlərinin keçirilməsi, federasiyaların yenidən formalaşdırılması idmana olan marağı artıran səbəblərdən biridir.
İdmanın bütün insanlara, o cümlədən də, qızlarımıza çoxlu faydaları var. İdman bədəni gücləndirir, qan-damar sisteminin, ürəyin normal işini təmin edir. İkinci bir tərəfdən asudə vaxtın səmərəli keçirilməsinə şərait yaradır. Qızlarımızda isə idman eyni zamanda özünə güvən yaradır.
Müşahidəmə əsasən, qızların idmana marağı günü gündən artır və bu, ürəkaçan bir haldır. Son günlərdə 3 nəfər qız idmançımız, rayonumuzun yetirməsi dünya çempionatında yüksək nəticə əldə edərək ölkəmizə medallar ilə dönüblər. Bu çox qürurvericidir. Əziz valideynlər, gəlin qızlarımızı idmana cəlb edək!".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB