Saxta spirtli içkilər insan sağlamlığına necə təsir edir? - AİB SƏDRİ AÇIQLADI
“Təhlükəli içkilərlə insanların təcrid olunma prosesi illərdir davam edir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
AİB sədri qeyd edib ki, 4 il bundan öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı İdarəsi sübut etdi ki, ölkənin əmtəə bazarında içkiləri saxtalaşdıraraq satırlar və bunun qarşısını almaq üçün müəyyən həbs cəzaları tətbiq olunur: “Lakin təəssüflər olsun ki, bu hadisələr epizodik şəkildə baş verir. Qida Təhlükəsizlik Agentliyi isə malların təhlükəsizliyinə baxır və bu agentliyin fəaliyyəti ardıcıl şəkildə baş vermir. Onların bir ardıcıl fəaliyyəti var o da qəndin tərkibindəki maddələri ilə bağlıdır.
Düşünürəm AQTA-nın ardıcıl olmayan fəaliyyətini DİN-ə həvalə etmək lazımdır. Bu hal əgər baş verərsə, bəlkə də ölkənin əmtəə bazarının tənzimlənməsində dönüş yarada bildik. Qeyd edim ki, ən bahalı restoranlarda və gecə klublarında insanları aldadaraq, onların zəhərlənməsinə səbəb olurlar. Ümumilikdə keyfiyyət məsələsi yalnız masanın üzərində qalıb bununla əlaqədar olaraq heç bir dövlət qurum fəaliyyətə başlamır. Təbii ki, bütün bunların səbəbi istehlakçı hüquqlarını qoruyan qanunların köhnə və zəif olmasından aslıdır. Bu qanunları da həyata keçirən qanunların tam effektsiz işləməsidir. Ölkənin əmtəə bazarında ciddi şəkildə monitorinqlər aparılmalıdır. Bu cür hallar hazırda restoranlarda və şadlıq evlərində geniş yayılıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB