FHN və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə elmi-praktiki konfrans keçirilir - YENİLƏNİR - FOTOLAR

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Mülki müdafiə üzrə əhalinin hazırlanmasında ali təhsil müəssisələrinin rolu, mülki müdafiə fənninin tədrisinin təkmilləşdirilməsi, mülki müdafiənin maddi-tədris bazasının gücləndirilməsi, mövcud problemlərin müzakirəsi və bununla əlaqədar nazirliklər arasında qarşılıqlı fəaliyyət” mövzusunda elmi-praktiki konfrans keçirilir. SİA xəbər verir ki, konfransda respublikanın ali təhsil müəssisələrinin mülki müdafiə sahəsinə məsul prorektorları, “Mülki müdafiə fənni” tədris olunan kafedra müdirləri, həmin kafedraların professor-müəllim heyəti, eləcə də, nazirliyin mülki müdafiə üzrə aidiyyəti məsul vəzifəli şəxsləri iştirak edib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə