Xaricdə təhsil alan tələbələrin diplomu niyə təsdiqlənmir - EKSPERT ŞƏRH ETDİ

"Xaricdə təhsil alan bəzi tələbələrimizin diplomlarının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənməməsi qərarı ilə razılaşmıram. Amma həmin tələbələr məhkəmə orqanlarına müraciət edərək şikayətlərini bildirməlidirlər". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Asif Cahangirov deyib:

Onun sözlərinə görə, həmin tələbələr qanunvericiliyə uyğun olaraq öz mövqelərini bildiriblər, lakin məhkəmələr çox zaman Təhsil Nazirliyinin mövqeyini dəstəkləyən qərar çıxarıblar. Elə məsələlər var ki, məsələn orada tələbənin təhsil müddətində pandemiya səbəbindən oxuduğu ölkəyə gediş-gəlişin olmadığını da nəzərə almaq olardı. Pandemiya zamanı lazımı təsdiqləyici sənədlər olduğu halda, bunu həmin tələbənin nöqsanı kimi qəbul etmək olmaz. Amma bunu da nəzərə almaq lazımdır ki, Ukraynada təhsil alan tələbələrimiz münaqişə səbəbindən təhsillərini donduraraq və ya yarımçıq qoyaraq ölkəyə gəlməyə məcbur olublar və nəticədə təhsilləri yarımçıq qalıb. Türkiyədə də təhsil alan tələbələrin diplomlarında problemlər yaranır. Türkiyədə keçərli olan diplomu burada Təhsil Nazirliyi təsdiqləmir, həmin tələbənin 4 ili və ya magistr təhsili alan tələbənin 2 ili boş-boşuna gedir. Bir də var ki, xaricdə qiyabi təhsil alan tələbələr onların bəzilərini buraya aid edə bilərik ki, ildə ən azı smestr zamanı həmin ölkəyə səfər etməli olan tələbə səfər etmir və sonda diplomu müəyyən yollarla alaraq burada təsdiqlədmək istədikdə problem yaşayır. Bu zaman da problemi Təhsil Nazirliyində yox, elə həmin şəxsin özündə axtarmaq lazımdır".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə