Xarici dil kurslarında çalışan müəllimələrin maaş problemi - AÇIQLAMA
"Xarici dil kurslarında çalışan müəllimlər müvafiq qeydiyyatdan keçərək fəaliyyət göstərirlər. Bu təhsil ocaqları özəl qurumlar olduğu üçün Elm və Təhsil Nazirliyinə hec bir bağlılığı yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Təhsil eksperti İlqar Orucov söyləyib.

Onun sözlərinə görə, bu qurumlarda müəllimlərə ödənişlərin edilməsi yalnız tərəflər arasında bağlanmış müqavilə və razılıq əsasında hesablanır: "Təbii ki, bu prossesə 3-cü bir tərəfin qarışa biləcəyi hər hanısa bir məqam yoxdur və ona görə də ödənişlərin azlıq və çoxluqu heç nəyi dəyişməyəcək. Bir daha qeyd etmək istəyirəm ki, bu məsələ şirkətlə tədrisi həyata keçirən şəxs arasında razılaşma əsasındadır. Bu baxımdan mən hesab edirəm ki, tənzimləmələr yalnız bu baxımdan həyata keçirilə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB