Hər gün bibər yesək nə olar? - MÜTƏXƏSSİS ŞƏRH ETDİ

Hər gün bibər yesək nə olar? - MÜTƏXƏSSİS ŞƏRH ETDİ

"Gündəlik həyatımızda mətbəxdə salatdan yeməyə qədər müxtəlif yeməklərdə çox istifadə etdiyimiz tərəvəzlərdən biri də bibərdir". Bu fikirləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Asim Vəliyev bildirib.
Onun sözlərinə görə, yaşıl bibər güclü antioksidant qaynağıdır: "Xüsusilə A, B, B6, B9 və C vitaminləri ilə zəngindir. Antioksidantlar orqanizm üçün önəmli funksiyaya malikdir və yoğun bağırsaqlarda hüceyrələrin inkişafına faydalı təsir göstərir.
Həmçinin immunitet sistemini gücləndirərək patogenlərin orqanizmə daxil olmasına mane olur.
Təzə və çiy bibər əsasən sudan ibarətdir. Geri qalan hissə karbohidrat və az miqdarda zülal və yağdan ibarətdir.
Tərkibində olan P vitamini damar tıxanıqlığının qarşısını alır və ürək xəstəliyinə müsbət təsir edir. Həmçinin yaşıl bibərdə olan K vitamini damarları yumuşaldıb, qanaxmaların qarşısını alır.
Liflə zəngin olduğu üçün bağırsaq narahatlıqlarının və qəbzliyin qarşını alır.
Yaşıl bibərin tərkibində “kapsasiin” maddəsi prostat xərçənginə faydalıdır.
Tərkibindəki A və C vitamini göz sağlamlığı üçün də faydalıdır. Yaşlanmağı gecikdirir və insanı gümrah saxlayır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə