Deputat uşaq baxçası və məktəbdə kollektivlərlə görüşüb

Deputat uşaq baxçası və məktəbdə kollektivlərlə görüşüb

13 saylı Xəzər-Pirallahı ceçki dairəsindən seçilmiş deputat Rauf Əliyev 10 oktyabr 2022-ci il tarixdə Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı Uşaq baxçası-Körpələr evində və 206 saylı tam orta məktəbdə olmuş, kollektivlərlə görüşüb. 229 saylı Uşaq Baxçası–Körpələr evindəki görüşdə deputat uşaqlar üçün yaradılmış şəraitlə tanış olmuş və mövcud olan problemləri dinləyib.

Heydər Əliyev Fondu tərəfindən istifadəyə verilmiş Uşaq Baxçasında uşaqalr üçün ən müasir tələblərə cavab verən şərait yaradılıb. Deputat 206 saylı tam orta məktəbdə məktəb rəhbərliyi, müllimlərlə və uşaqlarla
görüşü zamanı keçən tədris ilində məktəbin nəticləri ilə tanış olub və bu tədris ilində uğurlar arzulayıb.

Daha sonra deputat məktəbdə möbcud olan problemləri dinləyib, bəzi məsələlərin həlli məqsədi ilə müvafiq dövlət qurumlarına müraciət edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə