“Könüllülük status deyil, yaşam tərzidir. Bu bir mədəniyyətdir. Çox gözəl bir hadisədir ki, hazırda da bu cəmiyyətimizdə bir mədəniyyət kimi qəbul olunur”. SİA xəbər verir ki, bu sözləri “Sosial sahədə könüllülük” adlı forumda çıxışı zamanı təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, işə qəbul zamanı da könüllülük proqramında iştirak edənlərə daha çox üstünlük verilir:
"Könüllü iş zamanı onlar bir çox bilik və bacaraqlara yararlanırlar. Eyni zamanda burada psixoloji olaraq bir şey öyrənmək şansı əldə edirlər. Könüllülük bizim sosial dəyərimizdir”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB