"Ramazan ayında yatmaq məsələsi Peyğəmbərin (ə) hədisində öz yerini tapıb. Həzrət Peyğəmbər (ə) buyurur ki, bu ayın hər saatı, hər dəqiqəsi digər ayların günlərindən qat-qat üstündür". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, islamşünas Hacı Ağasəid Yaqubov deyib.
Onun sözlərinə görə, eyni zamanda, bu ayda aldığımız nəfəs belə Allaha təsbeh hesab olunur: "Yəni, bu, Allahı zikr etmək, ona tərif demək mənasına gəlir. Digər aylarda çox yatmaq dini baxımdan yaxşı hesab olunmursa, Ramazan ayında yatmaq belə ibadət kimi qəbul olunur. Bu, o demək deyil ki, insan səhərdən-axşamadək yatmalıdır".
Din xadimi sözlərinə davam edərək həmçinin qeyd edib ki, əgər gün ərzində müəyyən zaman qismində istirahət üçün yatırsa, bu, ibadət hesab olunur: "Bu, ona görədir ki, oruc tutan şəxsin boş vaxtı varsa lazımsız şeylərlə deyil, yatmaqla vaxt keçirsin. Yalnız günahlardan, xətalardan uzaq durmaq üçün yatan birinin yuxusu ibadətdir. Lakin zəruri işləri yatmağa qurban vermək olmaz. Ruzi qazanmaq, ibadət etmək yatmaqdan daha dəyərlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB