İsmayıllı rayonunda şəhid ailələri ziyarət edilib FOTOLAR

İsmayıllı rayonunda şəhid ailələri ziyarət edilib FOTOLAR

YAP İsmayıllı rayon təşkilatının aparatı, İsmayıllı rayon Kürdmaşı kənd icmasının fəalları, kənd könüllüləri Kürtmaşı kəndində şəhid ailələrini ziyarət edib.Tədbir könüllülərin təşəbbüsü ilə yaradılmış Kürdmaşı kəndinin mərkəzində şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarətlə başlayıb. Daha sonra kənd qəbristanlığında uyuyan qəhrəmanlarımızın məzarları ziyarət edilib. Tədbirin sonunda şəhid Fərid Əliyevin ev muzeyi ziyarət olunub, muzeyə partiyanın rayon təşkilatının hədiyyəsi təqdim edilib.Şəhidin valideynləri dövlətin şəhid və qazi ailələrinə diqqət və qayğısından söz açaraq, dərin minnətdarlıqlarını ifadə ediblər.

Məktəblilərin, yerli icmanın, ayrı-ayrı vətəndaşların şəhidlərimizin müqəddəs ruhlarını yad edərək məzarlarını ziyarət etmələrindən məmnunluq hissi keçirdiklərini dilə gətirən şəhid valideynləri buna görə hər kəsə təşəkkür bildiriblər.

Məlumat üçün qeyd edək ki, Kürdmaşı kəndində könüllülərin təşəbbüsü ilə yaradılmış kompleksdə Cəfərov Asif Novruz oğlu, Həsənov Ceyhun Ağasəf oğlu, Məmmədov İlqar Ərziman oğlu, İsgəndərov Canpolad Ələsgər oğlu, Baxışov Arif Baxış oğlu, Əhədov İnqilab Əlhümbət oğlu, Əliyev Fərid Hamlet oğlu, Ağazadə Emin Valeh oğlunun xatirəsi əbədiləşdirilib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə