Yenilənən universitetimizin Novruzu da fərqli olmalıdır - EKSKLÜZİV - BDU REKTORU AÇIQLADI
“Pandemiya dövründə Novruzu qeyd etməsək də bu bayram bizim daim ürəyimizdədir”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib.
Onun sözlərinə görə, Novruz yeni gün, yeni nəfəs deməkdir: “Maraqlısı da odur ki, Novruz təbiətin oyandığı vaxta təsadüf edir: "Biz maraqlı bir layihə etmək istəyirik. Təklif etdim ki, təqvim buraxaq. Bu təqvim 20 mart 2022 və 20 mart 2023 şəklində olsun. Hətta biz bunu bir neçə gün içində də edə bilərik”.
Elçin Babayev sözlərinə belə davam edib: “Novruz bizim milli bayramımızdır və ona heç bir başqa çalar vermək lazım deyil. Novruz insanları biri-birinə yaxınlaşdıran, ünsiyyətə səsləyən, küsülüləri barışdıran bayramdır. Amma düşünmürəm ki, bizim kollektivdə kimsə küsülü ola bilər. Yenilənən universitetimizin Novruzu da fərqli olmalıdır. Bu gün tələbələrlə tonqal başına yığışdıq. Çox maraqlı keçdi. Düşünürəm ki, qarşıdakı illərdə bu bayramı daha mükəmməl edəcəyik və hətta festival kimi də edə bilərik.
Qeyd edim ki, biz fakültələr və inzibati şöbələr arasında müsabiqə keçiririk. Martın 18-də isə konsert proqramımız olacaq. Eyni zamanda Novruzla bağlı maraqlı sessiya keçiriləcək. Orada ən azı iki aspektdən müzakirə gedəcək. Çox maraqlı mövzular olacaq. Hətta biz özümüz də tələbələrdən geri qalmayaraq Novruz üçün maraqlı əl işləri hazırlayırıq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB