İslamda cinsi azlıq nümayəndələrinə necə baxılır? - DİN XADİMİ AÇIQLADI
"Hər şeydən öncə bunu deməyi məqsədəuyğun hesab edirəm ki, İslam dininə əsasən bağışlanmayan yeganə günah Allaha şərik qoşmaqdır. Hətta bu günah belə tövbə ilə bağışlanır. Yəni tövbə qapısı son nəfəsə qədər açıqdır. Lakin İslam dini hüquq sistemindən sui-istifadə edənlər üçün bazar olacaq bir din deyil. Odur ki, ictimai asayişin həm maddi, həm də mənəvi baxımdan qorunması üçün kifayət qədər sərt, eyni zamanda məntiqi qanunlar və cəza mexanizmi təyin etmişdir". Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.
Onun sözlərinə görə, cinsi cinayət törətmiş şəxslər İslam dininə əsasən cəmiyyətin əsas sütunu olan ailə təşkilatını təhlükəyə atdığı üçün arzuolunmaz sayılırlar: "Xüsusilə cinsi azlıq kimi "müasir" və "xoşagələn" bir ad almış əxlaqsız insanlar üçün ən sərt cəzalar təyin edilmişdir. Lakın İslam hüquq sistemində cinsi cinayəti sübuta yetirmək o qədər çətindir ki, adam az qalır desin ki, İslama görə cinsi cinayət törətmiş şəxslərin cəzalanması qeyri-mümkünə yaxındır. Bunun səbəbi isə bu müqəddəs dinin insan kəramətinə, heysiyyətinə, bu kimi dəyərlərin qorunmasına çox həssas yanaşmasıdır".
Mircəfər Əyyubov sözlərinə belə davam edib: "İslama görə heç kəs rüsvay olmamalı, əksi sübut olunmayınca hamının ehtiramı qorunmalıdır. Digər tərəfdən isə günahların reklam edilməməsi İslamın qırmızı xəttidir. Elə ona görədir ki, bütün cinayətləri sübut etmək üçün iki ədalətli şahid kifayət etdiyi halda, cinsi cinayətlərin sübut edilməsi üçün dörd ədalətli şahidin olması və onların cinayəti bütün incəliklərinə qədər görməsi şərtdir. Bildiyimiz kimi bu da çox nadir hallarda mümkündür. İslam əsasən insanların vicdan oyanışını və tövbəsini önəmli hesab edir. Təəssüf ki, günümüzdə modern cəhalət sisteminin cinsi azlıqlara dəlicəsinə verdiyi dəstək nəticəsində bu cinayəti törədən şəxslər tövbə etmək yerinə özlərini haqlı hesab edir, əksinə söz deyənlər cani hesab olunur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB