Xocalı soyqırımı qurbanlarının xatirəsinə ağacəkmə aksiyası keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Heydər Əliyev Fondunun nümayəndələri, millət vəkilləri və könüllülərin iştirakı ilə Xocasən gölü ətrafında 613 ədəd Eldar şamı və zeytun ağacı əkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB