Kişilər boşanmaq istədiyini nə zaman anlayır? - PSİXOLOQ AÇIQLADI
"Evlilik iki sevən şəxsin bundan sonrakı həyatını birləşdirməyə qərar verdiyi həm hüquqi, həm sosial, həm də mənəvi baxımdan dəyərli bir addımdır. Evlənən zaman əsasən bir-birini sevən şəxslər zaman keçdikcə bir çox problemlərlə üzləşirlər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Ləman Rzayeva deyib.
Onun sözlərinə görə, bəzi ailələr bu problemin həlli yollarını axtarır, həll etməyə çalışır, bəzən isə artıq son çarə olaraq boşanmaya qərar verirlər. Evlilik kimi boşanma da hər bir şəxsin ən təbii haqqıdır. Son zamanlar baş verən boşanma sayının artıq olmasının hansı səbəbdən olması isə hər kəsi düşündürür. Əsasən tərəflərin evliliyin ilk 2-5 ilində boşanmaya qərar vermələrinə səbəb olan problemlər sosial status fərqi, maddi çətinliklər, təhsil səviyyəsində, dünya görüşləri olur. Qadın və kişi psixologiyasındakı fərqləri anlamadan hər 2 tərəfin eyni düşünüb, eyni hiss edib, eyni davranmasını gözləyən tərəflər bir müddət sonra anlaşa bilmirlər. Artıq bir-birlərinə mənfi təsir edib, bəzən mənəvi və fiziki şiddətə belə əl atırlar. Ancaq hər sahədə olduğu kimi boşanmaya qərarvermə prosesində də qadın və kişinin bir-birindən fərqli səbəbləri olur. Kişilər boşanmağa daha çox qadından onu dəyişdirməyə cəhdlər gördükdə, daim kiminləsə müqayisə edildiyində, əksər hadisələr zamanı daim tənqid təhqir olunduqlarında artıq münasibəti sonlandırmağı düşünürlər.
Bundan başqa hər zaman qadının daha çox diqqətə, qayğıya ehtiyacı olduğu deyilsə də ikili münasibətlərdə kişilərdə qarşı tərəfdən qayğı, sevgi, diqqət gözləyirlər bu cür qarşılıq olmadıqda sevilmədiklərini hiss edən kişilər boşanmaq istəyə bilərlər. Kişini hər zaman idarə edən və aparıcı daxili qüvvəsi olur bəzən münasibətlərdə bu balans pozulur, qadın daha çox maddi gəlir əldə edir, kişi istədiyi uğuru əldə edə bilmir və bu cür münasibətlərdə kişilər natamam hiss etdikləri üçün boşanmağa qərar vermiş olurlar. Başqa bir səbəb isə kişinin müstəqilliyini itirmə qorxusu ola bilir. Ancaq hansı səbəb olursa belə boşanmadan öncə ailə terapiyası alınsa tərəflərin gələcək həyatları üçün də uğurlu qərar ola bilər .
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB