Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən işdən heç kim çıxarılmayıb - Nazirlik
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) bəzi KİV-lərdə DANX-ın daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyevin işdən çıxarılmasını təkzib edib.
SİA-nın məlumatına görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
"Bu gün Bakıda bir qrup yük avtomobili sürücüsünün etiraz olaraq yolu bağlaması ilə əlaqədar bəzi KİV-lərdə dərc olunmuş DANX-ın İdarə Heyətinin sədri Anar Rzayevin rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən xəbərdarlıq alması və qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyevin vəzifəsindən uzaqlaşdırılması xəbəri həqiqəti əks etdirmir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən işdən heç kim çıxarılmayıb", - deyə məlumatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB