"Teleqram"ın yaradıcısı Pavel Durovun açıqlamasına görə, şifrələnmiş yazışmalar "WhatsApp"da təhlükəsizlik zəifliyi səbəbindən illərdir potensial hücumçular üçün açıq qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Durov deyir ki, çox daha təkmil tətbiq olan "Teleqram"da heç vaxt belə problemlər olmayıb. Durov xatırladıb ki, hakerlər bir neçə ildir istifadəçi mesajlarına daxil ola biliblər. Şimali Amerikada yerləşən və kibermüharibə üzrə ixtisaslaşan "Boldend" şirkəti ilə bağlı bu yaxınlarda sızan məlumatlar bu bəyanatın doğruluğunu dəstəkləyir.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB