Qarabağ ərazisində EKOLOJİ TERROR - ARAŞDIRMA

Ermənistan Qarabağ ərazisində ekoloji terror törədib. Bu terrorun nəticəsində əvvəllər işğalda olan ərazilərdə flora və faunasına zərər yetirilib və təbii sərvətlər məhv edilib. Ermənistanın Qarabağda və işğaldan azad olunmuş digər ərazilərimizdə törədilən ekoloji terroru məqsədli şəkildə baş verib. Həmin ərazilərimizdə nadir fauna və floraya malik meşə sərvətləri, çox qiymətli su mənbələri var. Erməni işğalçı qüvvələri Azərbaycanın təbii sərvətlərini bacardıqca tükəndirməyi qarşılarına ən ali məqsəd kimi qoymuşlar. Ermənilər işğal etdiyi ərazilərdə bu qiymətli sərvətləri amansızcasına dağıdır, Ermənistana daşıyır, daşınması mümkün olmayanları isə yandırmaqla ekologiyaya ciddi ziyan vururlar. Ermənilərin meşələrdə hər il mütəmadi olaraq törətdiyi yanğınlar min hektarlarla əraziləri əhatə etməklə, eyni zamanda, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurur. Belə yanğınlar ekoloji tarazlığın pozulmasına, heyvanat aləminin tələf edilməsinə və atmosferin çirklənməsinə səbəb olmaqla qlobal ekoloji problemlərə gətirib çıxara bilər. Torpaqlarımız tam şəkildə azad olunduqdan sonra Azərbaycanın Qarabağ regionunda və təcavüzə məruz qalmış digər bölgələrində fauna və floraya dağıldığının bir daha şahidi olduq. İşğal azad olunmuş ərazilərimizdə nadir fauna və floraya malik meşə sərvətləri, çox qiymətli su mənbələri var. Erməni işğalçı qüvvələri Azərbaycanın təbii sərvətlərini bacardıqca tükəndirməyi qarşılarına ən ali məqsəd kimi qoymuşdular. Ermənilər işğal etdiyi ərazilərdə bu qiymətli sərvətləri amansızcasına dağıdıb. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində əraziləri işgal etməsi nəticəsində son 30 ildə minlərlə insan həyatını itirmiş, 1 milyondan çox insan məcburi köçkün olmuşdur. Ermənistanın təcavüzkar siyasəti nəticəsində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, su ehtiyatlarına, fauna və florasına ciddi ziyan vurulmuşdur. Ermənistan faktiki olaraq ekoloji terror törədib. Dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Lakin ermənilər nəinki bu prinsipləri gözləmir, əksinə həmin prinsipləri kobud surətdə pozaraq işğal etdikləri ərazilərdə təbiəti viran qoymuşdular. İndi isə Azərbaycanın müzəffər ordusu 44 günlük Vətən Müharibəsi nəticəsində işğalda olmuş əraziləri azad etdi və yeni reallıqlar yaratdı. İndi biz işğaldan azad olmuş ərazilərin ekologiyasını düzəltməli və müxtəlif işlər aparmaqla dağıdılmış fauna və floranı bərpa etməliyik.

Hazırda işgaldan azad olunmuş ərazilərdə qiymətli sərvətlər dagıdılaraq Ermənistana daşınmışdır, min hektarlarla meşə sahələri qəsdən yandırılmışdır. Məlumatlara əsasən işgala məruz qalan torpaqlarımızda 280 min hektar meşə sahəsi mövcud olmuşdur. Bundan 13197,5 hektar qiymətli agac növləridir. İşgaldan azad olunmuş Zəngilan, Agdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli agac növlərinin çoxu yarımfabrikat kimi xarici ölkələrə daşınmışdır.

Ermənistan ekoloji terrorunun davamı olaraq noyabr ayında Şuşa şəhəri ətrafında Topxana meşəsini zəhərli və dünyada istifadəsi qadağan olunmuş ağ fosfor maddəsindən istifadə edərək yandırmış, döyüş bölgəsindən uzaqda yerləşən Ağgöl və Göygöl Milli Parkları ərazilərinə raket ataraq yangın törətmişdir. İşgaldan azad olunmuş Zəngilan rayonu ərazisində sahəsi 117 ha olan dünyada anoloqu olmayan təbii çinar meşəsi vardır. Onun 107 hektarı Bəsitçay Dövlət Qoruğu ərazisini təşkil edir. Qoruq ərazisində olan çinar meşəsində agacların bir hissəsi qırılıb, agaclar kökündən çıxarılaraq doğranıb mebel sexlərinə, xarici ölkələ daşınmış, qoruq ərazisi də ekolji terrora məruz qalmışdır. Eyni zamanda Zəngilan rayonundakı Arazboyu dövlət yasaqlığındakı arazpalıdı və digər qiymətli agac növləri də ekoloji terrora məruz qalmışdır. Təkcə Qubadlı şəhərinin mərkəzində təbiət abidələri olan yaşı 150-300 il olan Şərq çinarları, iri diametrli çoxillik qoz agacları məhv edilmiş, 1960-cı illərdə salınmış sahəsi 2 ha olan meşə-park tamamilə məhv edilmişdir. Rəsmi məlumatlara görə Ermənistanın ekoloji terroru nəticəsində su ehtiyatları, çaylar da çirklənməyə məruz qalmışdır. Bunun nəticəsidir ki, Azərbaycan ərazisindən keçən Araz çayının 43 km hissəsində mikroflora və mikrofauna məhv edilib və suyun tərkibindəki agır metalların miqdarı normadan dəfələrlə çoxdur. Araz çayını ən çox çirkləndirən çaylardan biri Zəngilan rayonu ərazisindən axan Oxçuçaydır. Ermənistan dağ-mədən kombinatlarının yüz min tonlarla ağır metal duzlarını, turş sularını Oxçuçayına axıdır, ekoloji terror törədir.

Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad olunması Ermənistan tərəfindən su axıntısının qarşısını aldığı Suqovuşan su anbarının da azad olunması ilə nəticələndi. Bu da Tərtər, Yevlax, Çoranboy rayonları ərazilərində ekoloji vəziyyətin yaxşılaşmasını təmin edəcəkdir. Ümumi su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarında 1994-cü ildən Ermənistan tərəfindən su axını demək olar ki bağlanılmışdır. Anbardan kanala su yalnız qış aylarında daşqın yaratmaq, əraziləri ekoloji terrora məruz qoymaq məqsədilə buraxılırdı.

İşgaldan azad olunmuş Zəngilan rayonundakı Vejnəli, Kəlbəcər rayonundakı Söyüdlü faydalı filiz yataqlarında Ermənistan tərəfindən qanunsuz olaraq qızıl çıxarılmış və təbii sərvətlərimiz mənimsənilmiş, ətraf ərazilər çirklənməyə məruz qalmışdır.

ETSN tərəfindən Ermənistanın törətdiyi ekoloji terrorla bağlı ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən 31 beynəlxalq təşkilata müraciət olunmuşdur. Hal-hazırda işğaldan azad olunmuş ərazilərdə noyabr ayının 11-dən başlayaraq müxtəlif növ ağacların əkilməsi işləri aparılır. Prezidentimiz İlham Əliyev çıxışlarının birində demişdir: "Mənfur, vəhşi düşmən bizim meşələrimizi 30 il ərzində qırıb talayıb və son müddət ərzində yandırıb. Buna baxmayaraq meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyıb, o ucqar dağ massivlərində yerləşir. Əlbəttə dagıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş agacların bərpası da diqqət mərkəzində olacaqdır".

Ermənistanın silahlı təcavüzü və işğalçılıq siyasəti nəticəsində Azərbaycana küllü miqdarda maddi, mənəvi və ekoloji ziyan dəymişdir. Ümidvarıq ki, dəymiş ziyanın miqdarı dəqiqləşdirilərək hesabatı aparılacaq, bu barədə beynəlxalq səviyyədə məsələ qaldırılacaq və işğalçı Ermənistan vurduğu ziyanı kompensasiya şəklində ödəyəcəkdir.

Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” adlı layihəyə start verilib.

Ölkə miqyasında nəzərdə tutulan fəaliyyət proqramı üzrə Ermənistanın 30 illik işğalı nəticəsində təbiətimizə vurulan ziyan araşdırılacaq, ərazilərin bərpası üçün beynəlxalq təcrübə öyrəniləcək və ekoloji ziyanın miqyasının ölçülməsi üçün metodologiya və qaydalar hazırlanacaqdır.

Mövzu ilə əlaqədar SİA-ya ekoloq, Dayanıqlı Azərbaycan Naminə Milli Alyansın rəhbəri, BMT-nin İnkişaf proqramı və Gənclər və İdman Nazirliyi birgə layihəsi çərçivəsində DİM 15 "Torpaq üzərində həyat" üzrə gənc səfir Gülsarə Qasımova fikirlərini bildirib: "İşğaldan azad olmuş torpaqlarımız həm birinci Qarabağ müharibəsində, həm işğal müddətində, həm də ikinci Qarabağ müharibəsində kifayət qədər zərər görüb. Müharibə özüdə təbiətə təsirsiz ötüşmür. Müharibədə istifadə olunan silahlar təbiətə zərər verir və heyvanların yuvalarını tərk etməsinə səbəb olub. Təbiət elə bir varlıqdır ki, antropoloji amillər təsir etməsə özü-özünü müddət keçdikcə bərpa edə bilər. Əsas odur ki, xüsusi mühafizə olunsun. Qarabağın təbiətinin flora və faunasının bərpa olması üçün onların qorunmasına şərait yaratsın. Beləliklə bitki və heyvanat aləmi özünü bərpa edə biləcək. Digər faktor odur ki, quruma və səhralaşma təhlükəsi olan ərazilərə bu torpaqlara uyğun xas bitkilər əkilsin. Bunun üçün torpaqlara uyğun olan növləri müəyyənləşdirmək lazımdır. Hazırda Böyük Qayıdış üçün yollar çəkilir, insanların yaşayışı üçün şərait yaradılır. Bu işlər aralıqsız davam edir. Əsas odur ki, bu işlər ekspertlərin rəyi ilə aparılsın. Burada aparılan işlər zamanı təbiətə ziyan vurmadan və ya olan zərəri minimuma endirərək etmək lazımdır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə