Azərbaycan ərazisində noyabrın 1-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                    .png) 
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)

.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB