“Vətəndaşın mülkiyyət hüququ tam və təminatlı şəkildə qorunmalıdır” - Azər Badamov
“Mülkiyyət hüquqlarının qorunması və bu hüquqların tətbiqi vətəndaşların gündəlik həyatına birbaşa təsir göstərən vacib məsələlərdən biridir. Hökumətin təmsil etdiyi dairələrdə və qanunvericilik səviyyəsində bu məsələnin düzgün tənzimlənməsi böyük əhəmiyyət daşıyır”. SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentin plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, mülkiyyət sahibi öz əmlakından istədiyi kimi istifadə etmək hüququna malikdir və bu hüquq qanunlarla tam şəkildə müdafiə olunmalıdır: “Torpaq və ya digər əmlak sahibi öz mülkiyyətindən yalnız qanun çərçivəsində və öz istəyinə uyğun şəkildə faydalana bilər. Mülkiyyətin həcmi və təyinatından asılı olmayaraq, vətəndaş vergisini ödəyir və hüquqi baxımdan həmin əmlaka tam sahiblik edir”.
Azər Badamov vurğulayıb ki, bəzən praktiki tətbiq zamanı müvafiq hüquq mexanizmlərinin işlək olmaması və ya təlimatların yanlış tətbiqi müəyyən problemlərə gətirib çıxarır: “Mülkiyyət hüququ yalnız kağız üzərində deyil, real həyatda da qorunmalıdır. Əgər vətəndaşın əmlakından istifadəsi texniki və hüquqi səbəblərlə məhdudlaşdırılırsa, bu, artıq hüquqi konfliktlərin yaranmasına səbəb olur”.
Deputat qeyd edib ki, mülkiyyətin idarə edilməsi və istifadəsi zamanı qanun pozuntularına yol verildikdə məsuliyyət yaranır, lakin düzgün hüquqi mexanizmlər bu cür halların qarşısını almağa imkan verir: “Mülkiyyətin istifadəsi qanunauyğun olmalıdır, lakin dövlət də vətəndaşın əmlakla bağlı hüquqlarının təmin olunmasına eyni dərəcədə məsuliyyət daşıyır”.
Çıxışının sonunda deputat qanunvericiliyin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayıb: “Mən hüquqşünas deyiləm, amma hesab edirəm ki, mülkiyyət hüququ ilə bağlı qanunvericiliyin tətbiqində şəffaflıq və dəqiqlik artırılmalıdır. Bu, həm vətəndaşların mülkiyyət hüquqlarının təminatına, həm də hüquqi münasibətlərin sabitliyinə xidmət edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                    .jpg) 
                                                     
                                                     
                                                     
    .jpg)

.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB