Kənd təsərrüfatı bütün Azərbaycanı işlə təmin etmək iqtidarındadır - DEPUTAT MÖVQE BİLDİRDİ

"Yüksək keyfiyyətli taxıl istehsalını stimullaşdırmaq üçün nəticəyönümlü subsidiyaların veilməsini yüksək qiymətləndirirəm. Təbii ki, Kənd Təsərrüfatı Nazirliyi də bununla bağlı müəyyən addımlar atacaq". Bunu SİA-ya açıqlamasında deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, amma nəticə bundan ibarətdir ki, Azərbaycanda bu sahədə xeyli çatışmazlıqlar var. Ümumiyyətlə, Azərbaycan kənd təsərrüfatı ölkəsidir. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan əhalisi özü heç kənd təsərrüfatında işlə təmin olunub qurtara bilməyib. Azərbaycanda bu sahədə xeyli çatışmazlıqlar var. İndi bu sahədə bəzi məsələlər zaman-zaman aradan qaldırılır. Amma biri həll olunur, iki problem yandan çıxır. Hazırda Azərbaycanda taxıl qiymətlərinin artması, ümumiyyətlə, taxıl məhsullarının bura gətirilməsi ilə bağlı ciddi problemlər var.

Razi Nurullayev bu barədə fikirlərini belə izah erdib: "Məsələ tək kənd təsərrüfatı məsələsi deyil. Mənə elə gəlir ki, bir çox məslələrdə, ümumiyyətlə, qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı ilə bağlı məsələlərdə işə başlamağa gecikmişik. İndi verilən qərarların nəticələrinin olub-olmamasını da öyrənmək lazımdır. Buna görə də, mən parlamentdə məsələ qaldırmışdım ki, verilən qərarların icrası və monitorniqi vacibdir. Verilən qərarların effektliyi var yoxsa yox. Bunu bilmək lazımdır. Bu gün kənd təsərrüfatı bütün Azərbaycanı işlə təmin etmək iqtidarındadır. Taxıl istehsalını həyata keçirmək üçün bugünkü gün tamam fərqli sistemə keçmək lazımdır. Bunun üçün də yeni texnologiyalar lazımdır. Milyardlarla vəsait lazımdır. Bu məsələni həyat keçirmək üçün ekspertlər varmı, bunu da dəqiq deyə bilmərəm. Həvəs ola bilər, istək var. Bütün bunlar deyilməlidir ki, cəmiyyət işini bilsin. İndi hökumət tərəfindən atılan bu addımlar üçün çox sağol deyirəm. Əgər kənd təsərrüfatı tərəfindən bu işlər effektiv görüləcəksə, onlara da çox sağol deyirəm. Amma görülən bu işlərin nəticəsi daha sonralar özünü göstərəcək".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə