Ailəni fantaziya ilə qururlar - SOSİOLOQ İRAD BİLDİRDİ

"İndiki zamanda boşanmaların əsas əsas səbəbi ondan ibarətdir ki, insanlar ailə qurmağa hazır deyillər. Daha doğrusu, ailəni fantaziya ilə qururlar. Məsələn, bir xanım ailə qurarkən gələcəkdə onu qarşılayacaq çətinlikləri düşünmür".

Bu sözləri SİA-ya açıqlamasında “Əl-Ələ” Valideyn Cəmiyyətinin sədr müavini Əhməd Rəhmanov deyib.

Onun sözlərinə görə, bu amillər kişilərə də aiddir: "Kişilər də evliliyi asan bilir. Deyir ki, "Aldım da qızdı da, ailədir də. Uzaqbaşı nəysə olsa boşayacağam". Ailədə əsas kompromisdir və onlar da buna hazır deyillər. Ona görə də bu gün ailələr boşanır".

Əhməd Rəhmanov sözlərinə belə davam edib: "Boşanmanın pandemiya ilə də bağlılığı var. Pandemiya çətinlikdir. Yəni, insanlar işsiz qaldı, bir müddət stresslə yaşadı. İnsanlar buna hazır deyildi. Sırf bu səbəbdən də ailədaxili problemlər yaşandı".

Əmim həmişə mənə deyərdi ki, "Elə adamla ailə qur ki, onun maskasız üzünü görməyə hazır olasan". Yəni, biri-birinin daxilini görməyə hazır olun. Ona görə də belə problemlər yaranır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə