Uşaqlar izlədikləri şeylərin təsirində qalır - PSİXOLOQ MÖVQE BİLDİRDİ

"İndiki uşaq və yeniyetmələrdə aqressivlik, davranış pozğunluqları həddən artıq çoxalıb". Bunu SİA-ya açıqlamasında klinik psixoloq Nuriyyə Quliyeva deyib

Psixoloq qeyd edib ki, bunların da səbəbi təbii ki, texnologiyadır. Uşaqların oynadıqları oyunlar, baxdıqları cizgi filmlər və animasiya filmlərinin əksəriyyəti aqressiyanı özündə ehtiva edir. Bu filmlər konkret olaraq şiddət məzmunludur.

Nuriyyə Quliyeva bu barədə fikirlərini belə izah edib: "Uşaqlar da, təbii ki, həmin izlədikləri şeylərin təsirində qalır. Hətta, burada ailələr də səhlənkarlıq edir. Məsələn, ata oturub hər hansı tarixi bir filmə baxır və uşaq da buna şahid olur. Beləliklə də, filmdə açıq şəkildə şiddət ehtiva edən səhnələri uşaqlar görmüş olur. Uşaqlar bu səhnədə gördükləri obraza girirərək, onlar kimi davranışlar sərgiləməyə çalışırlar. Bunun bir səbəbi də bu cür obrazların qəhrəman kimi təqdim olunması ad-san salması, başqalarının ona hörmət bəsləməsi kimi yanaşmalarla bağlıdır. Uşaqlar bu yanaşmanı gördüyü üçün bu obrazları həyata tətbiq etməyə çalışırlar. Bu cür hökmranlıq, dominantlıq etməklə özlərini bir növ təsdiq etdiklərini düşünürlər".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...