Ermənilər soyuqdan donaraq öldülər İRƏVANDA

Ermənilər soyuqdan donaraq öldülər İRƏVANDA

İrəvanda bir ailənin üzvləri soyuqdan donaraq ölüblər. SİA xəbər verir ki, bu barədə erməni KİV-ləri yazırlar. Bildirilir ki, yaşadıqları mənzildə təqaüdçünün və oğlunun cansız bədənləri aşkar olunub. Ermənilərin kriminal xəbər saytı Shamshyan.com-un məlumatına görə, 72 yaşlı Aida B. və onun 47 yaşlı oğlu Artur Q. ilkin məlumatlara görə donvurmadan ölüblər. Onların bədənlərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

Qeyd edək ki, artıq bir neçə gündür İrəvanda qaz qıtlığının yaşanması ilə bağlı məlumatlar verilməkdədir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə