Anomal hava şəraiti ilə bağlı gəmilərdə vəziyyət NECƏDİR? - QURUM RƏSMİSİ AÇIQLADI

Anomal hava şəraiti ilə bağlı gəmilərdə vəziyyət NECƏDİR? - QURUM RƏSMİSİ AÇIQLADI

“Dünən gecədən başlamış güclü külək nəticəsində Xəzərdə üzən gəmilərə artıq xəbərdarlıq göndərilib”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QCN-nin mətbuat katibi Mehman Mehdiyev deyib.

Onun sözlərinə görə, dünəndən etibarən hava şəraiti ilə əlaqədar gəmilər lövbərdə, sığınacaqlarda dayanıblar: “Gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülür. Bundan əlavə səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırmalıdırlar. Limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanları külək gözlənilən tarixlərdə mütləq gəmidə olmalı və gəmilərin təhlükəsiz dayanmalarını təmin etməlidirlər”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə