Azad edilmiş ərazilərində yaşıl zonaların yaradılması BMT proqramının tərkib hissəsidir - Nazir müavini

Azərbaycanın azad edilmiş ərazilərində yaşıl zonaların yaradılması BMT-nin qlobal iqlim dəyişiklikləri ilə mübarizə proqramının tərkib hissəsidir. SİA-nın məlumatına görə, bunu bu gün ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev BMT-nin İqlim Dəyişikliyinə dair 26-cı konfransı ərəfəsində Bakıda keçirilən tədbir zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi iqlim dəyişiklikləri ilə mübarizə sahəsində BMT ilə sıx əməkdaşlıq edir:

"İqlim dəyişiklikləri çox ciddi problemdir və Azərbaycanda özünü kəskin hava dəyişiklikləri şəklində göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...