Bu sərəncam əhalinin sosial rifahının yüksəldilməsinə hesablanıb - DEPUTAT ŞƏRH ETDİ

"Ölkəmizdə aparılan daxili siyasətin əsas istiqamətlərindən biri də sosial siyasətdir. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının sosial vəziyyəti, sosial rifahı dayanır. Ölkə Prezidenti 18 illik prezidentliyi dövründə bu prinsipə hər zaman sadiq olduğunu dəfələrlə təqdiqləyib". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputatın sözlərinə görə, Azərbaycan pensiya təminatı və dirgər bir sıra sahələrdə MDB ölkələri arasında ilk pillələrdə qərarlaşıb: "Azərbaycan 2020-ci ildə iki cəbhədə yəni həm Vətən müharibəsi, həm də koronavirus pandemiyası cəhbəsində mübarizə aparıb. Lakin buna baxmayaraq heç bir sosial layihə təxirə salınmayıb. Əksinə, ölkədə bir çox sosial layihələrə start verilib".

S.Hüseynova vurğulayıb ki, Azərbaycanın dövlət büdcəsinin 30 faizindən çoxu sosial sahəyə yönəldilib: "Ölkə Prezidenti əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün sərəncam imzalayıb. Sərəncama əsasən əməkhaqları, pensiya təminatı, təqaüd və digər sosial müavinətlər artırılacaq. Bu sərəncam ölkə Prezidentinin bir daha Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılması yönündə işlər görüdüyünü təsdiqləyir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə