Son sutkada peyvənd olunanların sayı açıqlandı

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 101101 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60650, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40451 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6594858, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3990054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2604804 təşkil edir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə