Danışmaq gümüşdürsə, susmaq qızıldır - ARAŞDIRMA

Dil qəlbin bəyançısı, əqlin nümayəndəsi, şəxsiyyətin açarı və insan ruhuna açılan ən mühüm pəncərədir. Dil vasitəsi ilə danışıq yaranır. Dil Allahın insana verdiyi ən böyük nemətlərdən biri, başqaları ilə əlaqə yaradıb rabitənin inkişaf etdirilməsi üçün mühüm bir vasitədir. Eyni zamanda, onun çoxlu bəlaları da vardır ki, bir çox günahların mənşəyi ola bilər. Çox danışmağı vərdiş edən insanlar özünə nəzarət etməkdə əziyyət çəkir. Belə insanlar üçün susmaq zindanda oturmaq kimidir. Əxlaq alimləri çox yatmaqla, çox danışmağın insan təkamül yolunda ciddi maneələr hesab edirlər. Əslində isə zəruri ehtiyatdan artıq yatmaq, danışmaq, yeməyin, hətta dünya həyatı üçün də heç bir faydası yoxdur. Bu işlər insanın qiymətli vaxtını əlindən alır, onun işlərinə ciddi zərbə endirir. İnsan çox yeməklə və yatmaqla vaxt itirir, çox danışmaqla da enerji itkisinə məruz qalır. Vəzifəsinin əsas hissəsi danışmaqdan ibarət olan müəllimlərin, natiqlərin fiziki cəhətdən zəifliyi deyilənlərə sübutdur. Bu insanlar danışıb qurtarandan sonra möhkəm yorğunluq hiss edirlər. Təbii ki, insanlara doğru yolu təbliğ etmək üçün danışmaq düzgündür. Söhbət boş yerə çox danışmaqdan gedir. Vacib olmayan yerdə danışmaq bəzən insanı cəhənnəmə də apara bilər. İnsan üçün böyük günah hesab olunan qeybət, böhtan söz gəzdirmə çox danışmağın nəticəsidir.

“Söz dilə gəlməyincəyə qədər sənin ixtiyarındadır, lakin bir söz danışdınsa sən onun ixtiyarında giriftar olursan”

Elm adamları sübut ediblər ki, qadınlar çox danışır və bundan həzz alırlar. Mütəxissislərin fikrincə, qadınlar sosial münasibətlərini danışaraq yaradır və gücləndirirlər. Qadının fitrətində və ruhunda danışmanın böyük əhəmiyyəti var. Araşdırmalara görə, qadınlar kişilərdən 3 dəfə daha çox danışırlar. Kişilər isə gün ərzində 2-3 min söz istifadə edirlər. Qadınların 21 min jest və sözdən istifadə etməyi mütləqdir. Qadın əgər gün ərzində 11 min ünsiyyət vasitəsi istifadə edibsə, mütləq 9 minini də harasa sərf etməlidir. Qadınların çox danışmasının psixoloji səbəblərini də açıqlayıb. Qadın kədərli olduğu zaman yaxşı olmaq üçün danışmağa çalışır. Kişilərdə isə bu, tərsinədir, kişi susmağı sevər. Qadınlar düşünərkən də yüksək səslə düşünər və fikirlərini birbaşa deyərlər. Ümumiyyətlə, çox danışmaq kişi üçün də, qadın üçün də zərərlidir.

Bəs bu problemi necə aradan qaldırmaq olar?

Dilin yarada biləcəyi təhlükələrə diqqət yetirmək və onu nəzarət altına almaq çox danışmağın ən yaxşı elmi müalicə yollarından biridir. Dil və onunla danışmaq çox yerlərdə faydalı olduğu kimi, çoxlu təhlükələri və bəlaları da vardır. İnsan özünə “dilindən ehtiyatlı ol!” deyə tövsiyə etməlidir.

“Söz dilə gəlməyincəyə qədər sənin ixtiyarındadır, lakin bir söz danışdınsa sən onun ixtiyarında giriftar olursan.

Deməli, Quran və rəvayətlər baxımından dilin bəlasından uzaq olmaq üçün ən yaxşı yol çox danışmaqdan uzaq olmaq, faydasız sözləri tərk etməkdir. Çünki əgər insan danışdığı bütün sözlərin onun əməllərinin bir hissəsi olacağına inansa və onun qarşısında məsuliyyət daşıdığını bilsə, ümumiyyətlə, yalana və qeybətə düçar olmaq, vaxtı öldürmək, başqalarına əzab-əziyyət vermək və sair kimi işlərə səbəb olan çox danışmaqdan çəkinər.

Bəlkə də çox danışmağın psixoloji köklərini bu məsələdə qeyd etmək olar.

Biz insanlar həmişə başqalarının diqqət mərkəzində olmaq, başqalarının kifayət qədər məhəbbətini qazanmaq üçün diqqəti cəlb edən işlər görürük. Başqalarının razılığını cəlb etmək üçün çox danışmaq lazım deyil.

Amma diqqət yetirmək lazımdır ki, çox danışmağın qarşısını almaq tədrici və uzun müddətli bir işdir və zamana ehtiyac duyulur. Əgər bir kəs çox danışırsa, dilinə nəzarət edə bilmirsə və bu əməl onda artıq səciyyə şəklinə düşmüşsə, bir gündə onun əksinə əməl edə bilməz: əksinə, gərək qəti qərara gələrək çox danışmaqdan hər gün bir qədər azaltsın, tədrici olaraq dilinə hakim kəsilsin, lazım və zəruri miqdarda dilindən istifadə edərək danışsın.

Psixoloq Teymurova Mahuxanım mövzu ilə əlaqədar belə deyib: “Bizi əhatə edən bu ətraf aləmdə sadəcə bizlər yaşamırıq. İnsanlardan başqa burada heyvanlar, bitkilər və digər canlılar yaşayır. Bu canlılar həyatda var olduqca bir-biriləri ilə əlaqə qururlar. İnsanlar necə bir-biriləri ilə danışır və əlaqə qurursa, eləcə də digər canlılar da bir-biriləri ilə əlaqə qurur. Bu əlaqələr, danışıqlar canlıları bir-birinə bağlayır.

İnsanlar öz fikirlərini, hisslərini danışmaqla başqalarına çatdırır. Bu danışıqlar, fikir bölüşmələri, hisslərini bölüşmək və s. insanları psixoloji olaraq rahatladır. Sanki üstündən bir yük götürülmüş kimi hiss verir. Bu səbəbdən də insanların psixolojisi, təfəkkürünün inkişafı üçün danışmaq əhəmiyyətlidir. Lakin bəzən insanlar normadan daha çox danışır. Əgər həmişə belədisə, bu, artıq "Kompulsif danışmaq (Compulsive Talking)" yəni danışmaq asılılığıdır. Bu, bir növ psixoloji problemdir. Xəstəliyin təyin olunmasında 2 əsas amil istifadə olunur. Birincisi, şəxs sadəcə qarşısındakı danışmağa başladıqda susur, bundan başqa ya heç susmur, ya da çox az susur. İkincisi, sosial qrupdakı insanların, müəyyən bir şəxsin danışma miqdarını bir problem kimi görür. Bu iki amil olan insanlarda (Compulsive Talking) dediyimiz kompulsif danışma pozuntusu olduğunu deyə bilərik. Bununla yanaşı, digər hallarda da insanlar çox danışa bilər. Məsələn, qadınlar kişilərə nisbətən çox danışır. Bunun bir neçə səbəbi ola bilər:

1. Qadın kədərlənəndə özünü yaxşı hiss etmək üçün danışmağa meyillidir. Bu səbəbdən də çox danışır. Kişilər isə kədərli olduqlarında susmağa meyillidirlər.

2. Səmimiyyət və paylaşım hissləri qadını danışmağa sövq edir.

3. Düşüncələrində, hisslərində tək qalmamaq üçün qadın fikirlərini, hisslərini bölüşür....

Bunların hamısı psixoliji səbəblərdi. Bu halların daha az olması üçün qarşınızdakı insanı susdurmayın! Onu dinləyin. Uşağınızı susdurmayın! Onu dinləyin və suallarına cavab verin. Çünki insan fikirləri, hissləri bölüşdükcə daha yaxşı bir psixologiyaya sahib olur”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...