Ali savadın yoxdursa sən necə jurnalistsən? - MƏRKƏZ SƏDRİ AYDINLIQ GƏTİRDİ

“İnsanın hansı ixtisasa yiyələnməsi ilə onun hansı peşə ilə məşğul olması arasında fərqliliyin olması təbiidir. Mən Azərbaycan Dövlət Neft Akademiyasının - indiki Neft və Sənaye Universitetinin məzunuyam. Amma heç vaxt neft sahəsində işləməmişəm və 26 ilə yaxındır ki, jurnalistəm. Həmçinin, “Tərəqqi” mükafatçısı, "Medi açarı" mükafatçısıyam, Jurnalist Ekspert Mərkəzinin rəhbəriyəm və neçə-neçə jurnalistlərə də kömək olmuşam. Jurnalistikada yol göstərdiyim əksəriyyət jurnalist də bu gün Azərbaycanın ən tanınmış jurnalist və redaktorlarıdır”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.

Onun sözlərinə görə, jurnalistika sahəsi azad sahə olduğu üçün burada çalışanların hansı ali məktəb bitirməsi əsas götürülə bilməz. JEM sədri onu da əlavə edib ki, ali məktəbi bitirmək vacibdir: "Ali savadın yoxdursa sən necə jurnalistsən? Amma, hansı universitetin məzunu olmağın məsələyə təsiri yoxdur. Jurnalistika istedadla bağlıdır. İstedadı olan adam jurnalist ola bilər”.

C.Musağlu onu da vurğulayıb ki, Bakı Dövlət Universitenin jurnalistikasını bitirib heç vaxt jurnalist işləməyən, və yaxud uğur qazanmayanların sayı az deyil. Lakin, jurnalistika istisasına yiyələnməyən yüzlərlə tanınmış jurnalist var ki, onlar Azərbaycan mətbuatının cəfakeşləridir: "Dünyada ədəbiyyat və yaradıcılıq sahəsində daha çox çevrilmələr uğur qazanırlar. Əksər yazıçılar ədəbiyyat institutunu, yəni, hansısa universitetin dil, ədəbiyyat fakültəsini bitirmirlər. “Nobel” mükafatçıları var ki, başqa sahədən gəliblər. Universitet təhsilindən imtia edən, amma məşhur yazıçı olmağı bacaranlar da var".

Rupor.az saytnın baş redaktorunun fikrincə, tələbə Azərbaycan universitetlərində mütəxəssisə çevrilmirlər. Nəzəriyyənin ardından təcrübə gəlməsə peşəkarlaşmaq mümkünsüzdür: “Mən hələ də jurnalistikanı öyrənməklə məşğulam. Hələ də xəbər yazanda orada səhvlər ola bilər. Əlbəttə, çox yaxşı olar ki, həm Bakı Dövlət Universitetininin Jurnalistika fakültəsini, o möhtəşəm müəllimlərdən dərs alasan, həm də istedadın ola, jurnalistikanı sevəsən".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...