Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. AQTA-dan SİA-ya verilən məlumata görə, agentlik əməkdaşları Oğuz şəhəri, Cavanşir küçəsində yerləşən fiziki şəxs İsmayılov Tehran Aman oğluna məxsus “Ad Günü” kafesində yoxlama keçirib.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə əməl edilmədiyi, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu, həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülmədiyi, işçi heyətin xüsusi geyimdən istifadə etmədiyi, ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib. Aşkarlanan nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB