SİA TƏBİB-in İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri Aygün Əliyevanın müsahibəsini təqdim edir:
- Pandemiyadan ötən bir ildən artıq dövr ərzində ölkəmizdə hansı işlər görülüb, Azərbaycanın uğurlu mübarizə modelinin əsas istiqamətləri hansılardır?
- İstər beynəlxalq sferada, istər tibb, istərsə də sosial siyasət sahəsində pandemiya ilə bağlı görülən işlər göz önündədir. Doğrudan da, Azərbaycan ortalığa uğurlu bir mübarizə modeli qoyub. Ümumiyyətlə, ölkə Prezidenti hələ pandemiyanın yayıldığı ilk dönəmlərdə xalqa müraciətində dəfələrlə Azərbaycan vətəndaşının sağlamlığının, ölkə siyasətinin prioriteti olduğunu diqqətə çatdırıb. Təsadüfi deyil ki, istər beynəlxalq istiqamətdə, istər türkdilli dövlətlərin, istərsə də BMT sessiyası çərçivəsində Azərbaycan bir neçə beynəlxalq səviyyəli görüşlərin təşəbbüskarı olub. Hələ cənab Prezident ötən ilin dekabr ayında bütün dünya ölkələrinə dərman təchizatının, vaksinlərin bərabər bölgüsünün əsas şərt olduğunu diqqətə çatdırıb və təsadüfi deyil ki, üstündən keçən bir ildən artıq, vaksinlərin əlçatanlığı dönəmində bəzi dövlətlər tərəfindən bu qeyri-bərabərsizliyi görürük. Tibb sahəsində istər həkimlərin əmək haqqının qaldırılması, istər tez bir zamanda modul tipli xəstəxanaların açılması, istərsə də laboratoriyaların fəaliyyətinin genişləndirilməsi, bunlar hamısı pandemiya ilə mübarizədə Azərbaycanın uğurlu modelini diqqətə cəlb etdi. İstər sahibkarlara göstərilən dövlət dəstəyi, istərsə də, ayrı - ayrı vətəndaşlara, aztəminatlı ailələrə, eyni zamanda aztəminatlı ailələrdən olan uşaqların təhsil haqlarının ödənilməsi, bunlar hamısı kompleks tədbirlər idi və bu gün biz artıq müsbət nəticələrdən danışırıq. Bu özü təsadüfi deyil və bütün bu kompleks tədbirlərin nəticəsidir ki, Azərbaycan doğrudan da pandemiya ilə mübarizədə önə çıxan və nümunə göstərən ölkələr sırasındadır.
- Artıq nəticələr göz önündədir, həm yoluxmaların sayında, həm də ölüm sayında azalmalar var. Bu da təbii ki, uğurlarımıza növbəti bir uğur qatır. Bu vaksinasiya prosesinin müsbət cəhətləri nədən ibarətdir? Niyə hər kəs mütləq şəkildə vaksinasiya olunmalıdır?
- Ümumiyyətlə, tarix boyu vaksinə qarşı münasibət heç vaxt birmənalı olmayıb. Müəyyən qrup insanlar vaksin olunmaqdan çəkiniblər. Amma vaksinlərin min ilə yaxın yaşı var və müxtəlif onilliklərdə və yüzilliklərdə qarşıya çıxan böyük infeksion xəstəliklərin qarşısının alınmasında vaksinlərin müstəsna rolları var. Bütün bu tarixi faktlar onu deməyə əsas verir ki, infeksion xəstəliklərə qarşı hələ dərman vasitəsi istehsal olunmayıbsa, vaksin iqtisadi cəhətdən ən sərfəli, tibbi cəhətdən isə ən effektiv üsuldur. Mütləq birmənalı şəkildə insanlar vaksinasiyaya cəlb olunmalıdır və bu gün rəqəmlərin aşağı düşməsi, yumşalma tədbirləri, bütün bunlar sürətli vaksinasiyanın nəticəsidir. Ötən il bu vaxtı rəqəmlər daha fərqli idi. Hətta müəyyən qadağalar var idi. Haqlı olaraq bunlar cəmiyyətdə müəyyən psixoloji sosial gərginlik yaradırdı. Amma bizim birlikdə fəaliyyətimiz, yəni, tibb müəssisələrinin insanları vaksin etməsi və insanların da onlara inanması nəticəsində bu gün artıq yumşalmalara gedirik, hətta bugündən açıq havada maska qadağası götürülüb, metroların fəaliyyətinə icazə verilib.
- Artıq ölkə vətəndaşlarının bir qismi peyvəndin hər iki dozasını qəbul edib. Onlar bundan sonra da sosial məsafə saxlama qaydalarına əməl etməlidirlər?
- Bəli hər iki dozanı qəbul edən vətəndaşlar da özləri üçün təhlükə mənbəyi olmasalar belə, ətrafdakı insanlar üçün, xüsusilə peyvənd olunmayan, həssas qrupa aid olan insanlar üçün təhlükə mənbəyi olaraq qalırlar. Üst tənəffüs yollarında onlar virus gəzdirə və digər insanları yoluxdura bilərlər. Ona görə də hələ ki pandemiyanın mövcud olduğu dönəmdə fiziki məsafə qaydaları, maska, əl gigiyenası önəmli addımlar olaraq qalır və bu addımlara mütləq riayət olunmalıdır.
- Artıq yanvar ayından başlayan mərhələlərlə vaksinasiya aprel ayından, həm də səyyar vaksinasiya tədbirləri ilə sürətləndirildi. Ölkədə bununla bağlı son durum necədir?
- Yanvarın 18 - dən başlayaraq ölkəmizdə vaksinasiya tətbiq olunub və ölkəmiz öz vətəndaşlarına vaksin tətbiq edən ilk ölkələr sırasındadır. Vaksininin əldə olunması bizim üçün çox ciddi bir şans idi. Onun əldə olunması üçün hələ pandemiyanın yayıldığı ilk dönəmlərdə istər ikitərəfli, istərsə də çoxtərəfli platformada danışıqlar gedirdi. Çünki vaksin əldə olunandan sonra onun əlçatanlığı çox ciddi məsələdir və yanvarın 18 - dən başlayaraq, ilk olaraq tibb işçiləri üçün, daha sonra 65 yaşdan yuxarı, mərhələli şəkildə 50 yaşdan, 40 yaşdan yuxarı, may ayından başlayaraq artıq 18 yaşdan yuxarı hər kəs vaksin oluna bilər. Son statistika onu göstərir ki, artıq ölkəmizdə insanların vaksinə çox ciddi marağı yaranıb, 9 mindən artıq vətəndaş artıq ikinci dozanı qəbul edib. Bir milyon 300 - dən artıq vətəndaşımız isə birinci dozanı qəbul ediblər. Bu böyük bir göstəricidir və aprel ayından başlayaraq, səyyar vaksinasiyaya başlanıldı. Çünki dövlət qurumlarının əksəriyyəti müraciət edirdilər ki, istəyirdilər öz iş yerini tərk etmədən, olduqları yerdə vaksin olunsunlar. Aprel ayından başlayaraq, 100 - dən artıq dövlət qurumunun və özəl sektorun müraciətləri nəzərə alınıb. Səyyar vaksinasiya nəticəsində 25 mindən artıq əməkdaş öz iş yerini tərk etmədən 1 - ci dozanı, təxminən 7 mindən artıq əməkdaş isə 2 - ci dozanı artıq qəbul ediblər və yaxın günlərdə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşəbbüsü ilə TƏBİB öz səyyar vaksinasiyasını burada qurdu. 100 - ə yaxın Gənclər Birliyinin könüllü üzvü vaksinasiyaya cəlb olundu.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB