Aynur Sofiyeva: “Bakı kəndlərində elə məktəblər var ki, orada qızları görmək olmur” - AÇIQLAMA
"Qanunvericilik bazası qadınların özlərini cəmiyyətdə göstərmələri üçün imkan yaradır. Ölkəmizdə bu istiqamətdə qəbul edilən qanunlar göstərir ki, qadınlar üçün hər bir şərait yaradılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) regionlarda bu və ya digər istiqamətlərdə müxtəlif araşdırmalar aparır". SİA-nın xəbərinə görə, AQUPDK-nin sədr müavini Aynur Sofiyeva məlumat verib. O bildirib ki, müxtəlif tədbirlərin görülməsinə baxmayaraq, bu gün xüsusilə qadınların daha çox maariflənməsinə ehtiyac var.
A.Sofiyeva qeyd edib ki, əgər qadın öz hüququnu bilmirsə, zorakılığa məruz qalacaq. Onun sözlərinə görə, qadınların təhsildə iştirakı 71 faiz olmasına baxmayaraq, bununla yanaşı qızların təhsilə cəlbində problemlər var: "Abituriyentlərin 50,5 faizini qızlar təşkil etsə də hələ də problemlər qalmaqdadır. Erkən nikahlar böyük problemdir və qızların təhsil alması üçün problemlər yaradır. Bu qızların həm orta, həm ali təhsildən yayınmasına gətirib çıxarır. Xüsusilə də Bakı kəndlərində böyük problem var. Elə məktəblər var ki, qızları görmək olmur. Qadın təhsil almalıdır ki, gələcəkdə cəmiyyətə layiqli bir vətəndaş təqdim edə bilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB