Universitet tələbələrinin və şagirdlərin gündəlik xərclərinə - ictimai nəqliyyata sərf etdiyi ödəniş, qida, geyim və digər xərclər və gündəlik tələbatlar aiddir. Bir tələbə gündəlik olaraq universitetə ictimai nəqliyyat vasitələri - metro, avtobus, taksi ilə gedir. Metrodan mütəmadi istifadə edən şəxs hər gün 60 qəpik gediş-gəliş haqqı ödəyir. Qiymətlər hər gün dəyişir... Bahalaşma hər sahədə hiss olunur... Hamı kimi, tələbələrin də öz qayğıları var. Bəzi tələbələr özləri-özlərinə günlük məbləğ təyin edir və gün ərzində o həddi aşmamağa çalışır. Eyni zamanda tələbələrin iş tapmağı çətindir. Koronavirus pandemiyasından sonra Bəs gəlin görək, bu günün tələbəsi birgünlük ehtiyacına nə qədər pul xərcləyir? SİA olaraq bu barədə araşdırma apardıq ki, tələbə və şagirdlərin gündəlik xərclərini öyrəndik.
Bakı Dövlət Universitetinin tələbəsi Mirkamal Kazımzadə: "Gündəlik artıq pul xərcləmirəm. Universitetlərin açıq olduğu müddətdə marşurut xərclərim və nahar yeməyi üçün müəyyən xərcləmələrim olurdu. Yəni gündəlik tələbatlarım az olurdu. Bu məbləğ 10 manatı keçmir. Pandemiyadan sora isə xərclərim müəyyən qədər azaldı. Çünki universitetlərə gediş-gəliş olmadı. Bu dönəmdə gündəlik xərclərim iki dəfə azaldı. Distant təhsil zamanı ənənəvi təhsilə nisbətən kontur pulu daha çox xərclədim. Hər şey onlayn olduğu üçün mən internet paketləri istifadə edirdim. Buna isə müəyyən qədər çox vəsait gedir. Ənənəvi dövrdə telefon üçün kontur xərcimin məbləği distant təhsil zamanı ödədiyim məbləğdən 3-4 dəfə çox idi".
Azərbaycan Dövlət bədən tərbiyəsi və İdman Akademiyasının tələbəsi Ləman Hüseynova: "İdman Akademiyasının tələbəsiyəm. Gün ərzində məşqə getmək üçün 1-2 manat su və yemək üçün minimum 3 manat xərcləyirəm. İdmanla bağlı geyimlər üçün ay ərzində 50-60 manat arası dəyişir. Ay ərzində ümumi 200 azn xərcləyirəm".
Bakı İslam Universitetinin tələbəsi Ziya Yaqubzadə: "İşlədiyim üçün 4 il müddətində aylıq gəlirim 300 manat olub. Tələbə olduğum müddətdə müxtəlif gənclər təşkilatında fəalliyyət göstərmişəm. Günlük gəlirimi nəzərə alsam, 1.20 manat yol xərcim, 6 manat yeməy xərcim və digər xərclərim 30 manatdır. Aylıq geyim ehtiyacım 70 manat olur. Aylıq telefona isə 10 manat xərcləyirəm".
Bakı Slavyan universiteninin tələbəsi Nərgiz Səmədzadə: "Universitet vaxtı əgər dostlarımla harasa getmirdimsə günlük xərclərim 4-5 manat edirdi. Əgər universitetdən başqa bir yerə gedirdimsə ümumi xərcim 15-20 manata qədər xərcləyirdim. Karantin vaxtı çox yerə getmədiyim üçün ümumi xərcim 20 manat belə etməz".
Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı qeyd edib ki, Azərbaycanda rəsmi minimum yaşayış yaşlılar və uşaqları nəzərə almasaq 200 manat həddindədir: “Hazırki, dövrdə bir çox ailələrdə adam başına 200 manatdan az düşür. Tutaq ki, ailə 4-5 nəfərdən ibarətdir. Bir nəfər işləyir və onun da gəliri 500 manatdır. Bu hesabla ailənin hər üzvünə 100 manat düşür. Bu isə 200 manatdan yarı bir məbləğdir. Bu da xüsusilə təhsil alan gənclərə çətinlik yaradır. Təhsillə bağlı müxtəlif kitablar, vəsaitlər almağa məcburdurlar. Bu isə əlavə nəzərdə tutulmayan xərclərdir. Tələbə evdə bişirilən yeməkdən istifadə edə bilmir. Nahar vaxtı məcbur olur ki, hazır qidalar alsın. Hesab edirəm ki, xüsusilə tələbələrin təqaüd məsələsinə baxılmalıdır ki, bu təqaüd xərclərini ödəsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB