Küçələrdə maska ilə gəzmək qadağası aradan götürülür? HƏKİM-İNFEKSİONİST AÇIQLADI
"Aprel ayının axırından, may ayının əvvəllərinə qədərki müddətdə xəstəliyin aşkarlanması üç rəqəmli üzərində keçirilir". Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev deyib.
Onun sözlərinə görə, əvvəllər 2500-3000-ə yaxın olan xəstələrin sayı indi hardasa son zamanlar 250-450-ə enib: "Digər ölkələrlə müqayisə apardıqda bu çox müsbət bir dinamikadır. O cümlədən, bizdə xəstələrin sağalmasının sayı artıq iki dəfədən, üç dəfədən artıq aparılır. Bu da onu göstərir ki, yatan xəstələrimizin sayı evdə müalicə alan xəstələrimizin sayından azdır. Bu da ona əsas verir ki, bu xəstəliyin Azərbaycanda yayılma sürəti digər ölkələrdə yayılma sürətindən nisbətən daha azdır".
Həkim-infeksionist həmçinin qeyd edib ki, növbəti brifinqlərdə küçələrdə maskasız gəzməyə icazə verilsin: "Bizdə 2 milyona yaxın insanın peyvəndlənmə prosesi davam etdirilir. Ki, bu da insanlarla ara məsafəni gözləməklə, gigiyenik qaydalara əməl etməklə küçədə maskasız gəzməyə şərait yaratmaq olar".
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB