Yollarda Qarabağa doğru istiqamət və məsafəni bildirən lövhələr quraşdırılır

Yollarda Qarabağa doğru istiqamət və məsafəni bildirən lövhələr quraşdırılır

İşğaldan azad edilmiş ərazilərimizə doğru istiqaməti və məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması prosesi davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, indiyədək magistral və respublika əhəmiyyətli avtomobil yollarında 26 ədəd bu cür lövhə yenilənib:

"20 yeni lövhə quraşdırılıb. Qısa müddət ərzində daha 15 lövhənin yenilənməsi və 10 yeni lövhənin quraşdırılması nəzərdə tutulur".

Bütün xəbərlər Facebook səhifəmizdə