Ümid həmişə var... O, HƏR KƏSƏ NÜMUNƏ OLDU

Ümid həmişə var... O, HƏR KƏSƏ NÜMUNƏ OLDU

Universitet tələbəsi Umut Ünlü, koronavirus epidemiyasını avantaja çevirən əlil bir fərddir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əlilliyi səbəbindən, bu günə qədər idmanla maraqlanmayan Umut, epidemiyada peşəkar şəkildə üzməyə başlayıb. Yarışlara hazırlaşan Umut, əlil şagirdlərin epidemiyada yeni istedadlarını kəşf edə biləcəyini söyləyib.

İstanbulda yaşayan 19 yaşlı Umut Ünlü, səs telləri birləşik doğulmuş, fiziki cəhətdən qüsurlu bir şəxsdir. Kültür Universiteti peşə liseyində İş idarəetməsinin son kursunda olan Umut Ünlü, yüzdə-yüz təqaüdlə təhsil alır. Həmçinin o, universitetdə klub lideridir və xeyriyyəçilik fəaliyyətində çalışır.

Məqsədi idmandır

Umut məzun olduqda təhsilini 4 ildə tamamlayıb, idman menecmenti ixtisası üzrə təhsil almaq istəyir. Geyim mağazası da açmağı hədəfləyən Umut üçün prioritet idman sahəsidir: “Əlilliyimdən qorxduğum üçün bu vaxta qədər idmanla maraqlanmırdım. Epidemiyaya əlillərlə idman edə bilərəm" düşüncəsi ilə başladım. Məktəbdə mənimlə eyni vəziyyətdə olan üzgüçü dostum Emine Avcu məni məşqçi Duran Arslanla tanış etdi. İndi yarışlara hazırlaşıram".

Onlayn təhsilə davam edirəm

2020-ci ilin martından bəri bütün universitet tələbələri kimi məsafədən təhsil alan Umut bunları da deyib: "Baxmayaraq ki, qəfildən məsafəli təhsilə başlamaq biraz çətin idi. Lakin hamımız öyrəşdik. Distant təhsil mənim üçün yaxşı gedir. Doğrudur, uzaqdan təhsil üz-üzə təhsili əvəz edə bilməz. Müəllimlərimiz sinifdə gözlərimizə baxdıqda təsir fərqli olur. Dərslərimiz onlayn və canlıdır. İmtahanlarımız da məsafədəndir və bəziləri test şəklində aparılır. İndiyə qədər mənfi bir vəziyyətlə qarşılaşmadım".

Rəqəmsal ötürmələr

Umut əlil tələbələrin universitetdən gözləntilərini belə ümumiləşdirib: “Universitetlər rəqəmsal mühitdə tələbələrini daha çox yazıçı, müəllim və sahibkarlarla bir araya gətirməlidir. Rəqəmsal fəaliyyətlər epidemiyada fiziki cəhətdən daha çox məhdud olan əlil tələbələr üçün faydalıdır. Epidemiyanın ən çətin hissəsi ictimailəşdirilmir. Əlil olan tələbələr, epidemiyada özlərini inkişaf etdirmək üçün sahələri araşdıraraq yeni istedadlarını kəşf edə bilərlər. "Proqramı, şəkilləri, musiqi və idman imkanlarını irəli çəksinlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə