Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Sərəncam ümumilikdə 625 nəfərə şamil olunub, olunub. Onlardan 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Sərəncam məhkum olunmuş bir sıra şəxslərin onların ailə üzvlərinin insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq məhkumların şəxsiyyətini səhhətini ailə vəziyyətini törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin humanizm prinsiplərinə əsaslanıb.
Biz də Səs Televiziyası olaraq Ədliyyə Nazirliyi Penitensiar xidmətin 11 və 16 saylı cəzaçəkmə müəsisəsində onların bu sevinclərinə şahid olduq. Sərəncam 11 saylı cəzaçəkmə müəssisəsində, 15 məhkuma şamil olunub. Onlardan 11 nəfəri azadlığa buraxılıb, 4 nəfərin isə cəzası yarıya endirilib.
16 saylı cəzaçəkmə müəssisəsində isə 14 nəfər əfv olunub. Onlardan 12 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunub, digər 2-nəfərin isə cəzası yüngülləşdirilib.
Əfv olunmuş şəxslər humanist adımla bağlı Prezident İlham Əliyevə Təşəkkürünü bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB