\"Ona yalnız əyləncə vacib idi\"

\"Ona yalnız əyləncə vacib idi\"
Azərbaycanın əməkdar artisti Manana Caparidze ATV telekanalının "Ulduz oldun" verilişində bəzi etiraflar edib. SİA-nın xəbərinə görə, müğənni prodüseri Aqşinlə ayrılmasının səbəbini deyib. "Aqşinlə bir neçə il birgə işləmişik və bir-birimizə bacı-qardaş kimi olmuşuq. Amma o, heç vaxt prodüserdən tələb olunan işləri yerinə yetirməyib. Aqşin üçün yalnız əyləncə vacib idi. Mənimçün isə ilk yerdə yaradıcılığım dayanıb və dayanır. Aqşində qəbul edə bilmədiyim çox mənfiliklər var idi və bu üzdən də ayrılmalı olduq. Amma biz indi də dost olaraq qalırıq", - deyə Manana əlavə edib.


Qeyd edək ki, müğənni yaxın zamanlarda pərəstişkarlarına çoxsaylı sürprizlər edəcəyini də bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com