"Azərbaycan, Ermənistan və Rusiya arasında olan razılaşma şərtinə əsasən Qafan, Sünük də daxil olmaqla, bir neçə yaşayış məntəqəsi Azərbaycana təhvil verilib". SİA bu məlumatı yerli mətbuata istinadla xəbər verir.
Bildirib ki, hazırda həmin ərazilərə Azərbaycan Ordusu nəzarət edir. Novruzlu, Zeyvə, Ucanis, Yevğard, Əkərək, Aşağı Qaraçimən, Syunik, Çakaten, Şıxovuz, Nerkin Hand, Tsab, Gexanuş və Qafan şəhəri ətrafındakı yüksəklikləri Azərbaycana qaytarılıb. Ermənilər bu əraziləri sovet dönəmində sərhədləri önə çəkərək, həyasızcasına zəbt etmişdilər. Amma Azərbaycanın qələbəsindən sonra digər işğal olunmuş ərazilərlə yanaşı bu ərazilər də Azərbaycanın nəzarətində keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB