Pensiyaların gələn il 10 faiz indeksasiyasının aparılması planlaşdırılır - Sahil Babayev
Bu il sosial müdafiə istiqamətində ayrılan vəsaitin həcmi əvvəlki ildən çoxdur.
SİA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
S.Babayev bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsinin gəlirləri 5 146 030 160,0 manat təşkil edir ki, bu da əvvəlki illə müqayisədə 8 faiz çoxdur.
Nazir vurğulayıb ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin siyasətindən proritet istiqamətlərdən birini təşkil edib. Nazirin sözlərinə görə, Fondun xərclərinin 95 faizi əhaliyə ödənişlərin payına düşür.
S.Babayev bildirib ki, növbəti ildə əmək pensiyaların orta məbləği 338 manat, yaşa görə peniyaların məbləği isə 370 manat təşkil edəcək. Nazir qeyd edib ki, bu rəqəmlər bu ilin göstəricilərindən 13 faiz çoxdur.
Azərbaycanda pensiyaların gələn il 10 faiz indeksasiyasının aparılması planlaşdırılır. Nazir qeyd edib ki, növbəti illərdə də pensiyaların indeksasiyası davam edəcək ki, bu da pensiyaların artımına öz təsirini göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB