Türkiyə vitse-prezidentinin çıxışı zamanı halı pisləşdi – VİDEO

Türkiyə vitse-prezidentinin çıxışı zamanı halı pisləşdi – VİDEO

Türkiyənin vitse-prezidenti Fuat Oktayın səhhətində problem yaranıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, o, dekabrın 21-də “Kibertəhlükəsizlik həftəsi” adlı tədbirə qatılıb.

Tədbirdə çıxışı zamanı halı pisləşən vitse-prezident nitqinə davam etmək istəsə də, bu, mümkün olmayıb.

Mühafizəçilərin F.Oktayı tribunadan düşürüblər və onun üçün təcili tibbi yardım çağırılıb.

Vitse-prezidentin durumu ilə bağlı əlavə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə