Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Qafqaz Xalqları Ali Dini
Şurasıın (QXADŞ) sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılığı llə
nümayəndə heyəti qədim Səmərqənd şəhərinə gəlib.
Səmərqənd vilayətinin hakimi Zair Mirzoyevlə görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunub.
SİA-nın verdiyi məlumata görə, Z.Mirzoyev Özbəkistan Prezidenti İslam Kərimovun rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlardan söhbət açıb, dövlətlərimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib, Özbəkistanın tolerant ölkə olduğunu diqqətə çatdırıb.
Şeyxülislam Allahşükür Paşazadə göstərilən qonaqpərvərliyə görə vilayət hakiminə ninnətdarlıq edib, səfərin məqsədi haqqında danışıb. Deyib ki, nümayəndə heyətinə daxil olan din xadimlərinin əksəriyyəti vaxtilə bu ölkədə təhsil alıblar.
Şeyxulislam Azərbaycanda dindarlara yaradılan şərait haqqında məlumat verib, onların diqqət və qayğı ilə əhatə olunduğunu bildirib.
Sonra nümayəndə heyətinin üzvləri "İmam Buxari" Beynəlxalq Mədəniyyət Mərkəzində olublar. Burada keçirilən görüşdə mərkəzin direktoru Ubaydulla Uvatov din xadimlərini salamlayıb, bu qədim şəhərin tarixi, mədəniyyəti haqqında söhbət açıb.
Allahşükür Paşazadə Özbəkistanda təhsil aldığından qürur duyduğunu bildirib, burada çoxlu dostlarının olduğunu söyləyib. Qeyd edib ki, qədim Səmərqənd və Buxarada dünya şöhrətli alim və filosoflar yetişib. O, İmam Buxarinin adını xüsusi vurğulayıb.
Nümayəndə heyətinin üzvləri İmam Buxarinin qəbrini ziyarət edib, Qur Əmir, Şahi Zinda Bibixanım məsçidi, Tilla Kori mədrəsəsi və digər dini abidələrə baxıblar.
Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Akif Əliyev görüşlərdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB